Putin Krım körpüsünə hücumdan sonra əmrlər verib

Rusiya prezidenti Vladimir Putin Krım körpüsünə pilotsuz təyyarə hücumundan sonra müvafiq qurumlar tərəfindən məlumatlandırılıb və ərazidə olan insanlara kömək etmək kimi bəzi göstərişlər verib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Prezident Putin baş nazirin müavini Marat Xusnullin, FTX rəisi Aleksandr Bortnikov, nəqliyyat naziri Vitali Savelyev və Krım qubernatoru Sergey Aksyonovdan Krım körpüsündə törədilən terror aktının nəticələri ilə bağlı məruzələrini qəbul edib. Rusiya prezidenti Krıma doğru hərəkətin davam etdirilməsi, yolda olan insanlara kömək və yardım göstərilməsi üçün səylərin göstərilməsini təmin etmək üçün göstəriş verib” - deyə, Peskov bildirib.

Bundan sonra Putin nəqliyyatın istiqamətini dəyişdirməyi və insanlara kömək etməyi qarşısına məqsəd qoyub.

Mətbuat katibinin sözlərinə görə, prezident həmçinin baş nazirin müavini Marat Xusnullinə hadisə yerində olarkən Krım körpüsündə təmir işlərinin aparılması üçün səylərin göstərildiyinə əmin olmağı tapşırıb.

"Hazırda Xusnullin dövlət başçısının tapşırığı ilə bölgəyə gedir. Hadisə yerində vəziyyət aydınlaşdıqdan sonra prezident təxminən saat 19:00-da təhlükəsiz xətt üzrə hesabatlar gözləyəcək. Xusnullinin hadisə yerindən vəziyyət barədə məlumat verəcəyi təhlükəsiz xətt üzərindən konfrans olacaq” - deyə, Peskov fikirlərinə əlavə edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə