Priqojin Putinin bu təklifini rədd edib

“Vaqner” muzdlu dəstəsinin rəhbəri Yevgeni Priqojin Putinin "Vaqner" döyüşçülərinin Rusiya ordusunun bir hissəsi kimi xidmət etmək təklifini rədd edib. SİA BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Putin “Kommersant” qəzetinə deyib ki, "Vaqner"in bir çox qrup komandirləri bu yaxınlarda Moskvada keçirilən danışıqlarda Vaqnerin rəhbərlik etməsi planını dəstəkləyiblər. O deyib ki, Priqojinin cavabı bu olub: “Üzvlər bu qərarla razı deyil”.

Danışıqlar Vaqnerin 23-24 iyun tarixlərində üsyanından bir neçə gün sonra keçirilib. Qısamüddətli üsyana son qoyan müqaviləyə əsasən, muzdlular nizami rus ordusuna qoşula və ya Rusiyanın yaxın müttəfiqi olan Belarusa gedə bilərlər.

Putin cümə axşamı günü “Kommersant” qəzetinə müsahibəsində deyib ki, iyunun 29-da Kreml iclasında Priqojin də daxil olmaqla 35 Vaqner komandiri iştirak edib. Putin deyib ki, o, onlara bir neçə iş variantı təklif edib, o cümlədən Sedoi adı ilə tanınan yüksək rütbəli Vaqner komandirinin komandanlığı altında xidmətlərini davam etdirməyi təklif edib.

O, qrupun döyüş bölməsi kimi qorunub saxlanmayacağı ilə bağlı sualın cavabında deyib: “”Vaqner” mövcud deyil. Özəl hərbi təşkilatlar haqqında qanun yoxdur”.

Putin təklif edib ki, “Vaqner” döyüşçülərinin necə qanuniləşdirilməsi ilə bağlı bu çətin məsələ parlamentdə müzakirə edilməlidir.

Keçmişdə Putinə sadiq olan Priqojinin isə hazırda harada olduğu bilinmir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə