Zelenski NATO liderləri görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski bu gün NATO liderləri ilə görüşüb. SİA Reuters agentliyinə istinadən xəbər verir ki, onlar Ukraynanın gələcəkdə alyans daxilində ola biləcəyini deyiblər, lakin Zelenskinin üzvlük üçün dəqiq vaxt qrafiki çağırışını rədd ediblər. Zelenski NATO liderlərinin Vilnüs sammitinin ikinci günündə Kiyevlə 31 üzvlü transatlantik hərbi alyans arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış NATO-Ukrayna Şurasının ilk iclasında iştirak edəcək.

O, həmçinin ABŞ və digər NATO ölkələrindən daha çox silah və sursat almaq istədiyi üçün ABŞ prezidenti Co Bayden ilə ayrı-ayrılıqda görüşəcək. Rəsmilərə görə, ehtimal ki, sammit bitdikdən sonra ABŞ, Britaniya, Fransa və Almaniyanın Kiyevə yüksək səviyyəli silahlar, təlimlər və digər hərbi yardımlar şəklində uzunmüddətli təhlükəsizlik dəstəyinə dair təminat verəcəyi gözlənilir.

Rəsmilərin sözlərinə görə, bundan sonra digər ölkələr də öz ikitərəfli öhdəlikləri ilə bu çərçivəyə qoşulacaqlar.

Dünən Vilnüsdə keçirilən görüşdə Zelenski NATO-nun üzvlük üçün vaxt cədvəli təklif etməməsindən məyus olduğunu bildirib və bunu absurd adlandırıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə