Təhlükəsizlik rifahın təməlidir - NATO

NATO-nun texnoloji üstünlüyünü qoruyub saxlaması əsasdır. SİA Alyansın yayımladığı məlumata istinadən xəbər verir ki, bunu bu gün Vilnüsdə NATO-nun İctimai Forumunda çıxış edən NATO-nun baş katibinin müavini Mirça Geoana bildirib. O, NATO-nun “innovasiya ekosistemi”nin ilk çoxmillətli suveren təşəbbüs kapitalı fondu olan NATO-nun yeni İnnovasiya Fondu ilə paralel getdiyini deyib və start-aplara bir az pul xərcləmək zərurətini qeyd edib.

Ukraynadakı müharibədən danışan və yüksək intensivlikli müharibənin Avropaya qayıtdığını qeyd edən baş katibin müavini qeyd edib ki, adi və çoxdomenli qüvvələrə daha çox sərmayə yatırmağa da ehtiyac var. O, NATO-nun “hökumətlərimizə və özəl sektorumuza tələb siqnalı göndərən bir təşkilat” olduğunu söyləyib.

Geoana vurğulayıb ki, təhlükəsizlik rifahın təməlidir, təhlükəsizlik demokratiyanın əsasıdır və NATO İsveçin yeni müttəfiq olmasını səbirsizliklə gözləyir.

Qeyd edək ki, Vilnüsdə keçirilən NATO İctimai Forumu NATO, Şərqi Avropa Araşdırmaları Mərkəzi, ABŞ-ın Alman Marşal Fondu, Münhen Təhlükəsizlik Konfransı və Atlantika Şurası tərəfindən təşkil olunur.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə