"Biz yeni müdafiə investisiya öhdəliyi ilə razılaşacağıq" - Stoltenberq

Bu gün Vilnüsdə NATO Sammitində ABŞ prezidenti Co Baydeni salamlayan Baş katib Yens Stoltenberq ona təşəkkür edib. SİA NATO-ya istinadən xəbər verir ki, Baş katib ABŞ prezidentinə “bu Alyansı birləşdirən və daha da gücləndirən” güclü liderliyinə görə təşəkkürünü bildirib.

Stoltenberq deyib ki, Zirvə toplantısı Ukraynaya “lazım olduğu müddətdə onların yanında olacağıq” mesajını verir. Baş katib qeyd edib ki, sammitdən gələn digər mühüm mesaj isə “müdafiəmizə daha çox sərmayə qoymağımız lazımdır və yeni müdafiə investisiya öhdəliyi barədə razılığa gələcəyik” mesajlarıdır.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə