NATO-nun baş katibi Ərdoğanın razılığını alqışlayıb

Bu gün - 11 iyul 2023-cü il Vilnüsdə NATO-nun ikigünlük sammiti başlayıb. SİA xəbər verir ki, sammitin başlanğıcında çıxış edən baş katib Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin Böyük Millət Məclisinə üzvlük protokolunun mümkün qədər tez göndərilməsi ilə bağlı razılığını alqışlayıb və bunu “İsveç üçün, Türkiyə üçün və bütün Alyans üçün xeyirli” tarixi bir qərar adlandırıb.

Zirvə toplantısında müttəfiqlər həmçinin “Ukraynanın nə qədər vaxt lazımdırsa, onun yanında olacağıq” və Kiyevlə siyasi əlaqələri yüksəldəcək mesajını verib. NATO-nun baş katibi Stoltenberq vurğulayıb ki, müttəfiqlər çəkindirmə və müdafiəni gücləndirmək üçün qərarlar qəbul edəcək və daha iddialı müdafiə sərmayəsi ilə razılaşacaqlar. Baş katib həmçinin müttəfiqlərə Avstraliya, Yeni Zelandiya, Yaponiya və Koreya Respublikasının liderlərinin qoşulacağını alqışlayıb və təhlükəsizliyin regional deyil, qlobal xarakter daşıdığını vurğulayıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə