NATO-nun baş katibi iki namizəd ölkə lideri ilə görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqa üzvlük üçün müraciət edən İsveçin baş naziri Ulf Kristersson və Finlandiya prezidenti Sauli Ninisto ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşdən sonra sosial mediada açıqlama verən Stoltenberq ötən gün Türkiyə səfərindən sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İsveç və Finlandiya liderləri ilə yaxşı görüş keçirdiyini bildirib.

NATO müttəfiqlərinin iki ölkəni ittifaqa dəvət etdiyini və tarixi bir qərar verdiyini ifadə edən Stoltenberq, "İsveç və Finlandiya indi müraciətdən əvvəlki dövrdən daha təhlükəsizdir. Hər iki ölkəni tamhüquqlu üzv kimi qarşılamağı səbirsizliklə gözləyirəm" ifadələrindən istifadə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə