...Norveçdə 2025-ci ildə yeni avtomobil satışlarının 95,9 faizini elektrikli nəqliyyat vasitələri təşkil edib.
Skandinaviya ölkəsi qlobal elektrikli avtomobil yarışında bütün zamanların rekordunu qırıb. Daxili yanma mühərrikli avtomobillər artıq burada demək olar ki, yoxdur.
Norveç rəsmi olaraq elektrikli nəqliyyat vasitələri ölkəsinə çevrilib. 2025-ci ilin sonuna qədər norveçlilər tərəfindən alınan bütün yeni avtomobillərin demək olar ki, 96 faizi elektrikli idi.
Dekabr ayında bu rəqəm 97,6 faizə çatıb və benzin-dizel avtomobilləri bazarda yalnız kiçik bir paya sahib olub.
İl ərzində satılan avtomobillərin ümumi sayı 40 faiz artaraq 179.000 ədədi keçib.
Ardıcıl beşinci ildir ki, Amerika brendi Tesla 19,1 faiz bazar payı ilə mütləq satış lideri olaraq qalır.
Onun Model Y krossoveri ölkədə tək bir modelin satışında rekord qırıb.
Eyni zamanda, Çin istehsalçılarının iştirakı getdikcə daha çox nəzərə çarpır: 2025-ci ildə onlar bazarın 13,7 faizini təşkil ediblər.
Analitiklər ilin sonunda satışların artmasının səbəbini alıcıların Yeni ildən əvvəl almaq istəməsi ilə əlaqələndirirlər. Bu zaman elektrikli nəqliyyat vasitələrinə müəyyən miqdardan artıq ƏDV tətbiq olunmağa başlayır və bu da onların qiymətini artırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB