UAZ-dan 2,0 litrlik turbo mühərrikli 7 nəfərlik yolsuzluq avtomobili…
…“Sollers” şirkəti və Ulyanovsk Avtomobil Zavodu (UAZ) yeni çərçivəli yeddi oturacaqlı yolsuzluq avtomobili elan etdi. SİA rus saytlarına istinadən xəbər verir ki, modelin istehsalına 2026-cı ildə başlanacaq.
Dərc edilmiş məlumata görə, “Sollers” layihəyə 4 milyard rubldan çox vəsait ayırıb.
İstehsal Ulyanovskdakı zavodda qurulacaq, burada mütəxəssislər artıq modeli uyğunlaşdırmaq üçün son iş aparırlar.
Yolsuzluq avtomobilinin dizaynı adı açıqlanmayan Çin modelinə əsaslanacaq.
Məlumdur ki, avtomobil 200 at gücünə malik 2,0 litrlik turbo mühərriklə təchiz ediləcək.
Mühərrik 8 pilləli avtomatik transmissiya ilə birləşdiriləcək. Tam sürücülük gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə