Yaponiyada qeyri-adi üç nəfərlik elektrik velosipedi yaradılıb…

120 kilometrə qədər yürüş məsafəsi var…

Yaponiyanın "Vivel" startapı Trike debüt modelini təqdim edib. Orijinal üç təkərli elektrik motosiklet 590.000-800.000 yen (4000 - 5400 dollar) arasında satışa çıxarılır.

Yeni məhsulun təfərrüatları istehsalçının saytında açıqlanıb. SİA-nın məlumatına görə, yeni “Vivel” Trike avtorikşa və ya tuk-tukun müasir elektrik versiyasıdır. Yeri gəlmişkən, Hyundai bu yaxınlarda oxşar elektrik velosipedini nümayiş etdirdi.

Vivel Trike-in qapıları yoxdur, lakin onun damı, ön şüşəsi və arxa pəncərəsi var. Üç təkərli elektrik velosipedinin uzunluğu 2,26 m, çəkisi isə cəmi 285 kq, yükgötürmə qabiliyyəti 200 kq-dır. Vivel Trike-nin salonu üç nəfər üçün nəzərdə tutulub, sürücü qabaqda, iki sərnişin isə arxada kiçik divanda oturur. Kompakt baqaj qutusu da var. Elektrikli velosiped rəqəmsal alət paneli alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə