İtalyanlar futuristik elektriklə işləyən furqon nümayiş etdiriblər
...Sənaye Avtomobilləri Korporasiyası olan Iveco daha yüngül kommersiya avtomobilləri seqmentinə genişlənir.
Belə ki, Yeni eMoovy modeli Hannoverdə keçirilən IAA Transportation 2024 sərgisində debüt etdi.
SİA bidirir ki, bu, italyan istehsalçısının saytında təsvir edilib.
Iveco eMoovy-nin futuristik dizaynı tanışdır və bu təəccüblü deyil, çünki model öz növbəsində Staria mikroavtobusunun konstruksiyalarından istifadə edən Hyundai ST1 əsasında yaradılmışdır.
Yeni gələn Cənubi Koreyalı həmkarından yalnız ön hissəsinin dizaynına görə fərqlənir. Yeni Iveco eMoovy 5,32 və ya 5,8 m uzunluğunda və 2 ilə 2,6 m hündürlüyündə olan versiyalarda təklif olunur.
Yükgötürmə qabiliyyəti 1530 kq.-dır.
Iveco eMoovy salonu rəqəmsal cihazlar paneli və 10,25 düymlük sensor ekrana malikdir. Avadanlığa müasir aktiv təhlükəsizlik sistemləri daxildir.
Iveco eMoovy elektromobili 218 at qüvvəli mühərriklə və 63 və ya 76 kVt/saat tutumlu akkumulyatorlarla təchiz olunub. Güc ehtiyatı müvafiq olaraq 265 və 320 km-dir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə