Yeni Chery krossoveri ucuz Range Rover klonu oldu…

...İnternetdə yeni Chery Tiggo 7 Sport-un fotoları peyda olub. Kompakt büdcə krossoveri tezliklə Çində 100 000 yuandan (14 000 dollar) başlayan qiymətlərlə satışa çıxarılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CarNewsChina saytı məlumat yayıb.

Chery Tiggo 7 Sport krossoveri çox tanış görünür, çünki o, Range Rover Evoque və Sport modellərinə bənzəyir. Ön hissə xarakterik radiator barmaqlığı və uzunsov faraları ilə xüsusilə oxşardır. Arxa pəncərə böyük spoyler ilə örtülmüşdür.

Chery Tiggo 7 Sport ölçüləri:

uzunluq - 4545 mm;

eni - 1898 mm;

hündürlüyü - 1865 mm;

təkər bazası - 2672 mm;

çəki - 1484-1775 kq.

Chery Tiggo 7 Sport-un interyeri göstərilməsə də, modelin bəzi xüsusiyyətləri açıqlanıb. O, benzin və hibrid versiyalarda təklif olunacaq.

Benzinli versiya 197 at gücü hasil edən 1,6 litrlik turbo mühərriklə təchiz edilib.

Orta yanacaq sərfiyyatı 7 l/100 km-dir.

Plugin hibrid Chery Tiggo 7 Sport 1,5 litrlik 156 at güclü turbo-dördlük və gücü barədə məlumat verilməyən elektrik mühərriki alacaq.

Birləşdirilmiş dövrədə avtomobil 1,27 l/100 km sərf edəcək. Hər iki versiya 7 pilləli qoşa muftalı avtomatik transmissiya ilə təchiz edilmişdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə