Bu, səhiyyə işçilərinin inzibati yükünü azaldacaq...

Süni intellekt sayəsində həkimlər xəstələri ilə daha çox vaxt keçirə biləcəklər

Alimlər süni intellekt proqramı Chat GPT-nin həkimlərdən təxminən 10 dəfə tez tibbi hesabat hazırladığını müəyyən ediblər. İsveçrədən olan bir həkim deyib: "Süni intellektdəki irəliləyişlər sayəsində səhiyyə işçilərinin inzibati yükünü azaltmaq mümkündür. Bu yolla həkimlər xəstələri ilə daha çox vaxt keçirə biləcəklər".
İsveçli və İsveçrəli tədqiqatçılar Chat GPT və işçi qüvvəsini sürət və ardıcıllıq baxımından müqayisə edən 6 hadisədən ibarət pilot araşdırma aparıblar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, araşdırmaya görə, iki ortopedik cərrah tərəfindən tələb olunan işlər həkimlər və Chat GPT tərəfindən yerinə yetirilib.
Hesabatlar 15 ekspertdən ibarət komitəyə təqdim edilib.
Mütəxəssislər hesabatlar arasındakı fərqi ayırd edə bilməsələr də, həkimlərin hazırladıqları hər hesabatın orta hesabla 27,8 dəqiqə, Chat GPT-nin isə oxşar keyfiyyətdə hesabat yaratmaq üçün orta hesabla 2,9 dəqiqə vaxt sərf etdikləri müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə