Kosmik naviqasiya sisteminin təşkili üçün xarici dövlətlərin peyklərindən istifadəyə yol veriləcək

Kosmik naviqasiya sisteminin təşkili üçün xarici dövlətlərin peyklərindən istifadəyə yol verilir.

SİA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən. peyklərdən və yerüstü kosmik infrastrukturdan ibarət olan kosmik naviqasiya sistemi vasitəsilə kosmik naviqasiya xidmətlərinin istifadəçiləri koordinat-zaman parametrləri ilə təmin edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə