Çin ''Ernie 3.5'' süni intellekt modelini satışa çıxaracaq

Bu barədə ''Baidu'' şirkətinin icraçi direktoru Robin Li məlumat verib.

Çinin ''Baidu'' şirkətinin icraçi direktoru Robin Li şirkətin çox yaxında ''Ernie 3.5'' süni intellekt modelini rəsmi olaraq satışa çıxaracağını söyləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Robin Li bu barədə Çinin ən tanınmış texnologiya forumlarından biri olan Zhongguancun forumunda açıqlama verib.
Məlumata əsasən, ERNIE Bot tamamilə Çin bazarına yönəlmiş bir modeldir. Çin dilinin müxtəlif ləhcələrini bilən cihaz səsli cavablar verə bilir, Çin mətnlərindən şəkillər və videolar hazırlaya bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə