Fransada internetdən istifadə məhdudlaşdırılır

Fransada Senat 15 yaşdan kiçik istifadəçilərin sosial media platformalarının qeydiyyatını və istifadəsi üçün valideynlərin razılığını tələb edən qanun imzalayıb

Fransada Senat sosial mediada nifrətlə mübarizəni nəzərdə tutan qanun layihəsini müzakirə edib. Sessiyada qəbul edilən qanun layihəsi 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edir. Buna görə platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün bir sistemdən istifadə etməlidirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qaydalara uyğun gəlməyən platformalar dünya üzrə dövriyyəsinin 1 faizi qədər cərimələnə biləcəklər.

Qanun layihəsi ilə sosial media platformaları sosial mediada zorakılığın qarşısının alınması üçün mesajlar dərc edəcək. Valideynlər platformalardan 15 yaşlı uşaqlarının sosial media hesablarının dayandırılmasını tələb edə biləcəklər. Qeyd edək ki, Milli Məclisdə qəbul edilən qanun layihəsi 14 deputatdan ibarət birgə komissiyada müzakirəyə çıxarılacaq.

İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyanın (CNIL) məlumatına görə, Fransada 10-14 yaşlı uşaqların 82 faizi internetdən valideynlərinin razılığı olmadan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə