Artıq NASA kosmosdan havanın çirklənməsinə nəzarət edəcək

Bu cihaz fəzadan Puerto Rikodan Kanadaya qədər gün ərzində hər saat havanın keyfiyyətini ölçəcək
Artıq NASA kosmosdan havanın çirklənməsinə nəzarət edəcək

Amerika Aviasiya və Kosmik Agentliyi - NASA kosmosdan havanın çirklənməsinə nəzarət edəcək. Bunun üçün kosmosa cihaz buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Şimali Amerika qitəsi üzərindəki havanın çirklənməsinə nəzarət edəcək cihaz Amerika kosmik gəmisi və raket istehsalçısı “SpaceX” tərəfindən kosmosa göndərilib.

“Tropospheric Emissions: Monitoring of Pollution”un (Troposfer emissiyalarının çirklənməsi monitoru) qısaldılmış adı olan TEMPO ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmik stansiyasından orbitə uğurla buraxılıb.

Bu cihaz fəzadan Puerto Rikodan Kanadaya qədər gün ərzində hər saat havanın keyfiyyətini ölçəcək.

Bildirilib ki, TEMPO cihazı NASA-ya təxminən 210 milyon dollara başa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə