Artıq NASA kosmosdan havanın çirklənməsinə nəzarət edəcək

9 Aprel 2023 17:27 (UTC+04:00)

Amerika Aviasiya və Kosmik Agentliyi - NASA kosmosdan havanın çirklənməsinə nəzarət edəcək. Bunun üçün kosmosa cihaz buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Şimali Amerika qitəsi üzərindəki havanın çirklənməsinə nəzarət edəcək cihaz Amerika kosmik gəmisi və raket istehsalçısı “SpaceX” tərəfindən kosmosa göndərilib.

“Tropospheric Emissions: Monitoring of Pollution”un (Troposfer emissiyalarının çirklənməsi monitoru) qısaldılmış adı olan TEMPO ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmik stansiyasından orbitə uğurla buraxılıb.

Bu cihaz fəzadan Puerto Rikodan Kanadaya qədər gün ərzində hər saat havanın keyfiyyətini ölçəcək.

Bildirilib ki, TEMPO cihazı NASA-ya təxminən 210 milyon dollara başa gəlib.