Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura start verilib.
SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Beşiktaş” turu xal itkisi ilə başa vurub. “Fənərbaxça” da “Sivasspor”la səfər oyunundan 1 xalla ayrılıb. “Başakşəhər” isə bu dəfə doğma meydanda son turların uğurlu komandası “Göztəpə”yə məğlub olub. “Adana Dəmirspor” isə “Fatih Karagümrük”lə ev oyununda 5 cavabsız qola sevinib.
Turun mərkəzi görüşü İstanbulda olacaq. Lider "Trabzonspor" son turlarda uğursuz çıxış edən "Qalatasaray"ın qonağı olacaq.
Türkiyə Super Liqası
23-cü tur
22 yanvar
Yeni Malatyaspor – Beşiktaş 1:1
Qol: A.Büyük, 84-pen – A.Teyşeyra, 62.
Adana Dəmirspor – Fatih Karagümrük 5:0
Qol: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83.
Sivasspor – Fənərbaxça 1:1
Qol: P.Enrike, 74 – Zayç, 18.
Başakşəhər – Göztəpə 1:2
Qol: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87.
22 yanvar
14:30. Yeni Malatyaspor - Beşiktaş
17:00. Adana Dəmirspor - Fatih Karagümrük
17:00. Sivasspor - Fənərbaxça
20:00. Başakşəhər - Göztəpə
23 yanvar
14:30. Antalyaspor - Qaziantep
14:30. Kasımpaşa - Kayserispor
14:30. Hatayspor - Rizəspor
17:00. Girəsunspor - Alanyaspor
17:00. Altay - Konyaspor
20:00. Qalatasaray – Trabzonspor
Bütün xəbərlər Facebook səhifəmizdə