Səudiyyə Ərəbistanının cənub bölgələrinə husilər tərəfindən atılan 10 ballistik raket havada məhv edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri raketlərin qarşısını alaraq onları zərərsizləşdirib.
Bildirilib ki, bundan əvvəl, oktyabrın 25-də səhər saatlarında Ər-Riyada istiqamətlənən ballistik raket və Xamis-Muşayt şəhərini hədəf alan qanadlı raket də məhv edilib.
Hücumlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB