Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq

Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq.

SİA-nın məlumatına görə, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.

Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.

Günün son görüşündə isə "Sabah" "Dalğa Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.

Misli Premyer Liqası

I dövrə, IX tur

25 oktyabr

15:00. "İmişli" – "Şamaxı"

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Yevlax şəhər stadionu

18:00. "Sabah" – "Qarabağ"

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Dalğa Arena"

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə