Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası - FOTOLAR
Oktyabrın 25-də Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.
SİA xəbər verir ki, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq, yarışlara yollanan gənc futbolçuları salamlayıblar. Onlar komandalarına dəstəklərini ifadə etməklə yanaşı, öz xalqlarının milli kimliyinə, mədəniyyətinə və ənənələrinə bağlılıqlarını nümayiş etdiriblər.
Aksiya zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.
Dəstək aksiyası çempionatın keçirildiyi Hövsan Yarış Kompleksində də davam edib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu daha əvvəl hər iki komandanın Azərbaycana səfərini alqışlayaraq, futbolun xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Oktyabrın 22–30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 futbol assosiasiyasının komandaları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB