Azad Əsgərov: “Hazırda Azərbaycan pankrationçuları Dünya Kubokuna hazırlaşırlar” - AÇIQLAMA

Azad Əsgərov: “Hazırda Azərbaycan pankrationçuları Dünya Kubokuna hazırlaşırlar” - AÇIQLAMA
"Hazırda Azərbaycan pankrationçuları Dünya Kubokuna hazırlaşırlar. Sənədləşmə işlərini həll etməyə çalışırıq". Bu barədə SİA-ya Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərov açıqlama verib. Onun sözlərinə görə, Dünya Kuboku Yunanıstanın Afina şəhərində keçiriləcək. Federasiya prezidenti yarışda 8 Azərbaycan idmançısının mübarizə apracağını bildirib. O, idmançılarımızla yanaşı, Afinaya bir məşqçi və bir hakimimizin də gedəcəyini qeyd edib. A.Əsgərovun sözlərinə görə, yarış dekabrın 3-dən 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə