Azərbaycan yığması IV yerlə kifayətləndi

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması IV yeri tutub. Siasport.az saytının məlumatına görə, bu gün keçirilmiş III yer uğrunda oyunda futbolçularımız Qazaxıstan yığması ilə qarşılaşıb. Mübarizədə hesabı penalti zərbəsi ilə Qazaxıstan yığması açıb.

Qeyd edək ki, Fəhmin Muradbəylinin cavab qolu hesabda tarazlıq yaradıb. Oyun bu hesabla başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.

Məlumat üçün bildirək ki, Mahir Mədətov, Ülvi Süleymanov, İlyas Səfərzadə və Mənsur Nəhavəndi zərbələri dəqiq yerinə yetirsə də, Elnur Cəfərov penaltini sərrast vura bilməyib. Beləliklə, yığmamız penalti seriyasında 4:5 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə