"Barselona" maaşını azaltdı, yeni müqavilə təklifini rədd etdi!

"Barselona" klubunda daha bir futbolçu ilə gərginlik yaşanır. Belə ki, klubun müdafiəçisi Andreas Kristensen yeni müqavilə ilə bağlı klubun ilk təklifini geri çevirib.
"Mundo Deportivo" nəşrinin məlumatına görə, buna səbəb təklif olunan müqavilədə maaşın əhəmiyyətli dərəcədə azaldılmasıdır. Futbolçu karyerasını Kataloniya klubunda davam etdirmək istəsə də, maliyyə şərtləri tərəflər arasında razılığa gəlməyə imkan vermir.

İspaniya mediasının yazdığına görə, bu futbolçuya İtaliya və Almaniya klublarından da maraq var.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə