Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar

Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə "Bahar Kuboku" beynəlxalq reqatası başa çatıb.

SİA xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb.

Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. O, həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.

Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyası "Bahar Kuboku"nu 2 gümüş, 1 bürünc medalla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə