Nəriman Axundzadənin komandası ABŞ çempionatının yeni mövsümünə məğlubiyyətlə başlayıb

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası “Kolambus Kryu” MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb.

SİA xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə “Portlend Timbers”in qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Nəriman Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə