Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü oyununa çıxacaq

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü oyununa çıxacaq

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyuna çıxacaq.

SİA xəbər verir ki, B qrupunda yer alan milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:40-də başlayacaq.

Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə