Şahmat üzrə ölkə çempionatında medallar uğrunda görüşlərə start verilir

Bu gün şahmat üzrə Azərbaycan çempionatında medallar uğrunda görüşlərə start veriləcək.

SİA xəbər verir ki, kişilərin yarışında çempionluğun taleyi Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov arasındakı mübarizədə həll olunacaq.

Üçüncü yer uğrunda dueldə Read Səmədovla Aydın Süleymanlı yarışacaq.

Qadınların finalında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya rəqib olub.

Şahmatçılar arasında cavab görüşləri sabah keçiriləcək.

Ölkə çempionatının bağlanış mərasimi fevralın 22-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə