"Qarabağ" "Nyukasl Yunayted" oyununda hesab 6-1 oldu

UEFA Çempionlar Liqasının Pley-off mərhələsində "Qarabağ" "Nyukasl Yunayted" oyununda Qarabağ daha bir qol buraxdı.
SİA xəbər verir ki, Nyukasl Yunaytedin yarımmüdafiəçisi Yakob Mörfi dəqiq zərbə yerinə yetirərək hesabı 6-1 edib. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi Norveçli Espen Eskasdır. Onun köməkçiləri isə Yan Erik Enqan, İsak Elyas Basveykendir. Qarşılaşmanın 4-cü hakimi isə Siquard Krinqstaddır. Var hakimləri Hollandiyadan olan Rob Diyperink və Denis Hiqlerdir. Qarşılaşma Bakı vaxtı ilə saat 21-45də start götürdü.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə