"Qarabağ" "Nyukasl Yunayted" oyununda hesab dəyişdi

UEFA Çempionlar Liqasının Pley-off mərhələsində "Qarabağ" "Nyukasl Yunayted" oyununda hesab 2-0 oldu.
SİA xəbər verir ki, qolun müəllifi Nyukaslın müdafiəçisi Malik Tiyavdır. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi Norveçli Espen Eskasdır. Onun köməkçiləri isə Yan Erik Enqan, İsak Elyas Basveykendir. Qarşılaşmanın 4-cü hakimi isə Siquard Krinqstaddır. Var hakimləri Hollandiyadan olan Rob Diyperink və Denis Hiqlerdir. Qarşılaşma Bakı vaxtı ilə saat 21.45-də start götürdü.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə