“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

SİA xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperink, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə