Azərbaycan Premyer Liqasında XX tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında XX tura bu gün yekun vurulacaq.

SİA-nın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək.

Meydan sahibləri 23 xalla 8-ci, rəqibindən bir oyun az keçirən qonaqlar 33 xalla 4-cü pillədə qərarlaşıb.

Turun son görüşündə "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Bakı təmsilçisi 46 xalla vahid liderdir. Bölgə təmsilçisi 14 xalla onuncudur.

Misli Premyer Liqası

II dövrə, XX tur

16 fevral

14:30. "Şamaxı" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə