"Fənərbaxça" çətin Trabzon səfərindən qələbə ilə dönür

Futbol üzrə Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib. Turun mərkəzi matçında "Fənərbağça" səfərdə "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubunun qollarını Anderson Talişka, Kərəm Aktürkoğlu və Marko Asensio vurublar. Qara dəniz təmsilçisində isə Ernest Muçi və Pol Onuaçu fərqləniblər.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 45 xalla 3-cüdür.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə