UEFA "qaz vurub-qazan doldurur" - gəliri 5 milyard avronu ötüb...

UEFA 2024/2025 mövsümünün maliyyə nəticələrini açıqlayıb. SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, hesabata əsasən, bütün turnirlər üzrə ümumi gəlir 5 milyard avronu ötüb. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 737 milyon avro çoxdur. Artımın əsas hissəsi kişilər arasında keçirilən klub turnirlərinin payına düşür.

Kişilər arasında klub yarışlarından əldə olunan ümumi gəlir 4,4 milyard avroya çatıb ki, bu da 2023/2024 mövsümü ilə müqayisədə 690 milyon avro çoxdur. Bu, maliyyənin yenidən klublara və yarışların inkişafına yönəldilməsinin də artmasına səbəb olub. Nəticədə klublara edilən ödənişlərin həcmi 3,4 milyard avroya çatıb - bu da ötən mövsümdən 400 milyon avro çoxdur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə