"Şahdağ Qusar" heyətini "Səbail"in yetirməsi ilə gücləndirib

"Şahdağ Qusar" qış "transfer pəncərəsi" zamanı heyətini "Səbail"in yetirməsi Ədilxan Qarəhmədovla gücləndirib.

SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qusar təmsilçisi futbolçunu "Şəfa" klubundan icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Şahdağ Qusar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ə.Qarəhmədov 2024/2025 mövsümündə "Şahdağ Qusar"ın heyətində Azərbaycan II Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə