"Kəpəz"i udaq, "Qarabağ" barədə sonra düşünərik - Edvin Kuc

Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Misli Premyer Liqasının 19-cu turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb. Bosniyalı futbolçu son turlar “Neftçi”nin daha inamlı təsir bağışladığını bildirib: “Yüksək pillələr uğrunda mübarizə aparırıq. Düzdür, mövsümün startı bizim üçün bir qədər uğursuz alındı. Lakin son turlar komandamız daha yaxşı nəticələr qazanır. Bu cür də davam etməliyik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Son iki ildə “Neftçi” qitə kuboklarından kənarda qalıb. Bu uğursuzluğa son vermək istəyirik”.

Bosniyalı yarımmüdafiəçi qarşıdakı turlar barədə də.dsnışıb. "Növbəti oyunumuz “Kəpəz”ə qarşıdır. Bizi səfərdə ağır oyun gözləyir. Hazırda “Qarabağ” barədə fikirləşmirik. “Kəpəz”i udaq, “Qarabağ”ı sonra düşünərik. Təbii ki, onların gücünü bilirik. Çətin olacaq. Düşünürəm ki, son iki matçdakı kimi oynasaq, qalib gələrik”.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə