"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

Bu barədə SİA-ya "Qarabağ" klubundan məlumat verilib.

Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: "Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə