Amerikanın "Çikaqo Fayr" klubu "Barselona"dan polşalı hücumçuya konkret təklif göndərib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, MLS klubu "Barselona"nın hücumçusu Robert Levandovskini transfer etmək niyyətindədir. Chicago Fire ötən ilin sonlarında 37 yaşlı hücumçunun mümkün pulsuz transferi ilə bağlı polşalı futbolçu ilə əlaqə saxlayıb.
Robertin həyat yoldaşının Çikaqoya səfər etdiyi və potensial yaşayış yerinə baxış keçirdiyi bildirilir. O, əvvəllər ərinin karyerası ilə bağlı xəbərləri Polşa nəşri ilə bölüşmüşdü .
Həmçinin qeyd etmək lazımdır ki, komanda oyunçuya iki illik müqavilə və mənbənin sözlərinə görə, qlobal superulduz statusuna uyğun maaş təklif edir.
Daha əvvəl Levandovskinin Messiyə çatdığı və Ronaldo ilə fərqi azaltdığı bildirilirdi .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB