“Barselona”nın prezidenti istefa verib

“Barselona”nın prezidenti istefa verib

İspaniyanın "Barselona" komandasının prezidenti Joan Laporta və klubun direktorlar şurasının bir neçə üzvü istefa verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, onlar martın 15-də şuraya keçiriləcək yeni seçkilərdə iştirak etmək üçün bu addımı atıblar.

Direktorlar şurası yeni tərkibdə iyunun 30-dək fəaliyyət göstərəcək. Klubun müvəqqəti prezidenti vəzifəsini Rafael Yuste icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə