MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançılar Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komitədən verilən məlumata görə, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançıların bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı onların istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə