"Bu turnir nəticədən daha çox hazırlıq və yoxlama xarakteri daşıyır" - ŞƏRH EDİLDİ
“Paris ‘Böyük Dəbilqə’ turnirində üç medal qazanmağımız komandanın hazırkı fiziki, psixoloji və taktiki durumunun yaxşı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, Paris Grand Slam cüdo aləmində faktiki olaraq kiçik dünya çempionatı səviyyəsində keçirilən yarışdır və burada medal qazanmaq ciddi göstəricidir".
Bu sözləri SİA-ya açqlamasında Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin eksperti, ŞUŞA UGİM baş məşqçisi Asiman Allahverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan yığması bu turnirdə kişilər arasında komanda hesabında ikinci yerə layiq görüldü: "Birinci yeri Yaponiya yığması tutdu. Xüsusilə vurğulamaq istərdim ki, bu yarışda məhz kişilərdən ibarət yığma komandamız iştirak edirdi. Qadınlardan ibarət yığmamız isə turnirdə çıxış etmədi, çünki qızlarımız paralel olaraq başqa yarışa və qarşıdakı əsas startlara hazırlaşırdılar. Bu nəticə onu deməyə əsas verir ki, kişilərdən ibarət yığmamız məhdud heyətlə belə yüksək rəqabət şəraitində stabil çıxış nümayiş etdirdi. Eyni zamanda, bu turnir bizim üçün nəticədən daha çox hazırlıq və yoxlama xarakteri daşıyır. Xüsusilə qeyd etmək lazımdır ki, 60 kq çəki dərəcəsində Balabəy Ağayev zədədən yeni çıxmasına və hələ tam optimal formada olmamasına baxmayaraq çempion olmağı bacardı. Bu, həm onun fərdi keyfiyyətlərinin, həm də düzgün hazırlıq prosesinin göstəricisidir.
Ruslan Paşayev isə xırda taktiki səhv nəticəsində bürünc medalla kifayətləndi. Bu cür nüanslar yüksək səviyyəli yarışlarda nəticəni müəyyən edir və bizim üçün vacib analiz materialıdır Zelim Tçkayevin final çıxışına gəldikdə isə, o, yarış boyunca yüksək səviyyəli texniki-taktiki mübarizə apardı. Finalda bəzi epizodlarda riskli hücumlara getməsi və taktiki səbrin tam qorunmaması nəticəyə təsir etdi. Bu, texniki çatışmazlıqdan daha çox vaxtlama və taktiki qərarlarla bağlı nüanslardır. Bu cür finallar idmançı üçün çox vacib təcrübədir və həmin detallər üzərində işlədikdən sonra Zelimin əsas startlarda daha stabil çıxış edəcəyinə inanırıq. Eyni zamanda, demək olar ki, Bakıdakı dünya çempionatına hazırlıq məhz bu Fransa turnirindən start götürüb. Hazırda bütün planlarımız həmin yarışa köklənib və ümid edirik ki, Bakıda keçiriləcək dünya çempionatında yığma komandamız tam heyətlə çıxış edə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB