Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən 8–18 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublikası birinciliyinə fevralın 7-də yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, altı fərqli yaş qrupu üzrə təşkil olunan yarışda muxtar respublikanın müxtəlif bölgələrindən 100-ə yaxın oğlan və qız şahmatçı mübarizə aparıb.
Yarışlar “İsveçrə” və dairəvi sistem üzrə təşkil edilib. Hər bir iştirakçıya oyun sonunadək 45 dəqiqə vaxt verilib, ilk gedişdən etibarən isə hər gedişə 15 saniyə əlavə olunub. FIDE qaydalarına uyğun keçirilən yarışda xalların bərabər olduğu hallarda yerlər Buxqolts əmsalı, qələbələrin sayı və şəxsi görüşlərin nəticələrinə əsasən müəyyənləşdirilib.
Yarışın yekun nəticələrinə əsasən, hər yaş kateqoriyası üzrə ilk 3 yeri tutan şahmatçılar 8 -18 yaş kateqoriyası üzrə mart ayında keçiriləcək ölkə çempionatında iştirak haqqı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB