Azərbaycan nümayəndə heyətinin İtaliyada XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindəki parad zamanı keçid sırası müəyyənləşib.
SİA xəbər verir ki, komandamız tamaşaçılar önündən 92 ölkə arasında 11-ci keçəcək.
Bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Parad zamanı milli komandalar müəyyən edilmiş ardıcıllıqla stadiondan keçəcəklər. Parad ənənəyə uyğun olaraq, Yunanıstanla başlayacaq, ev sahibləri isə mərasimin sonunda arenaya daxil olacaqlar.
“San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da Oyunlar rəsmən açıq elan olunacaq.
Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək təşkil olunacaq.
Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB