Azərbaycanlı boks hakimi Səudiyyə Ərəbistanı çempionatına təyinat alıb

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Boks Federasiyasından SİA-ya verilən məlumata görə, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə