Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü bu gün keçirəcək. SİA xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Danimarka yığması ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək matçı Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB