Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib.
SİA xəbər verir ki, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, qurumun baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçiriblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın funksionerləri həmin məkanlarda rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüb. Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş N.Abdullayv, F.Mansurov və R.Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və tövsiyələrini çatdırıblar.
Bildirilib ki, Güləş Federasiyası bu tip motivasiya xarakterli görüşləri sistemli şəkildə davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB