Azərbaycan Basketbol Liqasında təxirə salınan oyunların vaxtı açıqlanıb

Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınan oyunların tarixi açıqlanıb.

Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yanvarın 28-də "Sabah" - "Neftçi", bir gün sonra NTD - "Gəncə" matçı baş tutacaq.

Hər iki görüş saat 20:00-da Bakı İdman Sarayında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə