Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər.

Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.

Referilər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.

Test FİBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə