"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb.
SİA-nın məlumatına görə, 32 yaşlı oyunçu bu göstəriciyə görə 5-ci pillədə qərarlaşıb.
Kolumbiyalı futbolçu Liqa mərhələsindəki 7 matçda 52 dəfə buna nail olub.
İlk sırada İspaniyanın "Atletik" klubundan Aytor Parades (68) yer alıb. İtaliyanın "Atalanta" komandasından Odilon Kossunu (56) ikinci, Qazaxıstan təmsilçisi "Kayrat"da çıxış edən Yeqor Sorokin (54) üçüncü, Çexiyanın "Slaviya" klubundan David Zima (53) dördüncüdür.
Qeyd edək ki, "Qarabağ" ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını 3:2 hesabı ilə üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB